0
Wednesday 10 December 2014 - 17:12

Şok: İŞİD qətliamının sirri açıldı

Story Code : 424762
Şok: İŞİD qətliamının sirri açıldı
Axar.az xəbər verir ki, ABŞ-da yerləşən Terrorizm Araşdırma və Analiz Konsorsiumu (TRACK) üzə çıxarıb ki, həmin qətliamın görüntüləri terrorçulara 200 min dollara başa gəlib.
Ən son texnologiya və peşəkar mütəxəssislərin araşdırmasından belə qənaət gəlinib ki, video çəkilişi 4-6 saat davam edib: “Bəzi səhnələr bir neçə dəfə çəkilib. Görüntülər ən son istehsal olunan kameralarla qeydə alınıb. HD kameralarla çəkilən videonun xərci isə ən azı 200 min dollardır”.
Terrorçuların, aralarında ABŞ vətəndaşı Peter Kassiq də olmaqla, 22 suriyalının vəhşicəsinə öldürülməsini ən yaxşı şəkildə əks etdirmək üçün çəkdiyi video həm də terrorçuların tapılmasında böyük rol oynayıb.
ABŞ araşdırma mərkəzinin gəldiyi qənaət belədir:
1. Edamı reallaşdıran bütün terrorçuların üzü açıqdır. “Cihadçı Con” adlanan terrorçu isə maskadadır. Bu, həmin terrorçunun gizləndiyi, yeni videolar üçün hazırlaşdığı anlamına gələ bilər.
2. Videoçəkiliş üçün terrorçular tez-tez yerini dəyişib. 22 terrorçu Avstraliya, İndoneziya, Malayziya, Filippin, İngiltərə, Belçika, Almaniya kimi fərqli ölkələrin vətəndaşıdır.
3. Edam komandasında yalnız bir terrorçunun şəxsiyyəti rəsmən deşifrə olunub. O, Fransadan 2013-cü ildə Suriyaya gedən Maksim Hauçardır.
4. Yaxasına mikrofon bərkidən iki terrorçunun səsi eşidilmir. İki versiya var: ya səsləri verilməyib, ya da yeni videolarda bundan istifadə ediləcək.
6. İşıq və kölgələrdən aydın olub ki, video 4-6 saat müddətində çəkilib.
Comment