0
Thursday 11 December 2014 - 11:46

HƏMAS və Fəth İsrail rejiminə xəbərdarlıq etdilər

Story Code : 424956
HƏMAS və Fəth İsrail rejiminə xəbərdarlıq etdilər
HƏMAS və Fəth İsrail rejiminə xəbərdarlıq etdilər
HƏMAS və Fəth sionist rejim ilə təhlükəsizlik məsələlərinə dair koordinasiya əlaqələrinin kəsilməsindən danışıblar.

HƏMAS və Fəth təşkilatları yaxın günlər ərzində fələstinli nazirin işğalçı İsrail rejiminin hərbçiləri tərəfindən qətlə yetirilməsi ilə bağlı tədbirlər görəcəklər.

Qeyd edək ki, Qərbi Şəriədə İsrail rejimi əsgərləri ilə fələstinlilər arasında toqquşma baş verib. İsrail rejiminin hərbçiləri açdığı atəş nəticəsində Fələstinin ticarət naziri Ziyad Əbu-Əyn həlak olub. Fələstinli nazir Qərbi Şəriədə sədlərin inşa olunmasına qarşı təşkil olunan aksiyada iştirak edib. İsrail rejiminin hərbçiləri ona qarşı gözyaşardıcı qazdan istifadə edərək onun sinəsinə zərbə endiriblər. Aldığı ağır zərbə nəticəsində yaralanan nazir xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Source : Deyerler
Comment