QR CodeQR Code

HƏMAS və Fəth İsrail rejiminə xəbərdarlıq etdilər

Deyerler , 11 Dec 2014 11:46

Islamtimes - Fələstinin Fəth və HƏMAS təşkilatları fələstinli nazirin qətlə yetirilməsindən sonra İsrail rejimini hədələyiblər, – “İtar-tass”.


HƏMAS və Fəth sionist rejim ilə təhlükəsizlik məsələlərinə dair koordinasiya əlaqələrinin kəsilməsindən danışıblar.

HƏMAS və Fəth təşkilatları yaxın günlər ərzində fələstinli nazirin işğalçı İsrail rejiminin hərbçiləri tərəfindən qətlə yetirilməsi ilə bağlı tədbirlər görəcəklər.

Qeyd edək ki, Qərbi Şəriədə İsrail rejimi əsgərləri ilə fələstinlilər arasında toqquşma baş verib. İsrail rejiminin hərbçiləri açdığı atəş nəticəsində Fələstinin ticarət naziri Ziyad Əbu-Əyn həlak olub. Fələstinli nazir Qərbi Şəriədə sədlərin inşa olunmasına qarşı təşkil olunan aksiyada iştirak edib. İsrail rejiminin hərbçiləri ona qarşı gözyaşardıcı qazdan istifadə edərək onun sinəsinə zərbə endiriblər. Aldığı ağır zərbə nəticəsində yaralanan nazir xəstəxanaya aparılan zaman dünyasını dəyişib.


Story Code: 424956

News Link :
https://www.islamtimes.org/az/news/424956/həmas-və-fəth-israil-rejiminə-xəbərdarlıq-etdilər

Islam Times
  https://www.islamtimes.org