0
Thursday 11 December 2014 - 20:15

İsrailə növbəti zərbə Fransadan!

Story Code : 425029
İsrailə növbəti zərbə Fransadan!
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə zamanı 153 senator layihənin lehinə, 146 nəfər isə əleyhinə səs verib. 
Hökumət adından çıxış edən Avropa işləri üzrə nazir Harlem Desir bu layihəyə qarşı çıxmadığını desə də, hökumətin Fələstini nə vaxt tanıyacağını açıqlamayıb. Bununla yanaşı o, Fələstinlə İsrail arasında danışıqların başlanılması üçün ölkəsinin tərəflərə lazımi dəstək verməyə hazır olduğunu bildirib.
Senata layihəni dəstəkləyən Didye Guillam isə bəyan edib ki, layihənin qəbulu Yaxın Şərqdə artan fanatizmə qarşı bir mesaj olacaq. 
Öz növbəsində layihənin əleyhinə səs verən müxalifətçi senator Rocer Karautçi bu məsələdə son qərarı prezidentin verəcəyini bildirərək, nəticə etibarı ilə iqtidarın məsuliyyət daşıyacağını vurğulayıb: “Hökumət nümayəndələri Fələstini tanımağın və ya tanımamağın müsbət və mənfi tərəflərini gəlib burada bizə anlatsın''.
Comment