0
Thursday 11 December 2014 - 20:36

“Rusiyadan Türkiyəyə çəkiləcək yeni qaz borusu TANAP-a alternativ deyil”

Story Code : 425032
“Rusiyadan Türkiyəyə çəkiləcək yeni qaz borusu TANAP-a alternativ deyil”
“APA-Economics”in NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.
“Türkiyə TANAP layihəsinin iştirakçısıdır. Avropa İttifaqı bir neçə dəfə narahatlığını bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan yeni qaz kəmərinin tikintisi TANAP-ın reallaşdırılmasına təsir edə bilər. Ancaq bu belə deyil”, - deyə nazir bildirib.
Qeyd edək ki, dekabrın 1-də Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin “Cənub axını” layihəsinin dayandırıldığını bəyan edib. Həmin gün Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb. Borunun nəqletmə gücü 63 mlrd. kubmetr təşkil edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, V. Putin sözügedən boruya “Türk axını” adının verilməsinin təklif edib.
Comment