0
Friday 12 December 2014 - 10:08

Üzərində “intihar kəməri” olan qız saxlanılıb

Story Code : 425140
Üzərində “intihar kəməri” olan qız saxlanılıb
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qız bir neçə saat öncə iki partlayışın törədildiyi Kano şəhəri yaxınlığında xəstəxanada saxlanılıb. Məlumata görə, qızın üzərində “intihar kəməri” aşkarlanıb.  
Qeyd edək ki, son zamanlar Nigeriyanın şimalında törədilən güclü partlayışlar məhz  kamikadze qızlar tərəfindən həyata keçirilib. Bu terror aktları “Boko Haram” qruplaşması ilə əlaqələndirilir. 
Comment