QR CodeQR Code

Kərbalada təhlükəsizlik tədbirləri gücləndirilib

12 Dec 2014 11:19

IslamTimes - Ziyarətlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.


İraqın Kərbala şəhərində müsəlmanların kütləvi ziyarətləri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Asayiş keşikçiləri bildiriblər ki, onlar zəvvarların təhlükəsizliyini canları bahasına olsa belə təmin etməyə çalışacaqlar.
“Zəvvarları qorumaq borcumuzdur. Təhlükəsizliyi polis və hərbi patrullar birgə şəkildə qoruyur. Bütün dini ayinlər yerinə yetirilənə qədər burada asayışa nəzarət edəcəyik” – deyə keşikçilərdən biri qeyd edib.
“Ekstirmistlərin təhdidlərinə baxmayaraq bu gün Kərbəladayıq. Belə demək olarsa terrorizmə sinə gəlmişik. Allaha şükürlər olsun ki, başımıza heç bir iş gəlməyib” – zəvvarlardan biri bildirir.
Bu il regiondan, o cümlədən İran, Azərbaycan kimi ölkələrdən Kərbəla ziyarətinə gələnlərin sayı son dərəcə yüksək olub. Rəsmilərə görə, artıq ziyarət məqsədilə ölkə sərhədini 200 mindən çox zəvvar keçib. Xaricdən gələn şiələrin artımına, İranlı zəvvarlar üçün viza rüsumlarının ləğv olunması təsir göstərib.


Story Code: 425145

News Link :
https://www.islamtimes.org/az/news/425145/kərbalada-təhlükəsizlik-tədbirləri-gücləndirilib

Islam Times
  https://www.islamtimes.org