0
Monday 1 November 2010 - 20:08

Braziliya tarixində ilk dəfə prezident qadın seçildi

Story Code : 42521
Braziliya tarixində ilk dəfə prezident qadın seçildi
Braziliya tarixində ilk dəfə prezident qadın seçildi
Braziliyada prezident seçkisinin ikinci turunda hakim Əmək Partiyasının namizədi Dilma Russeff qalib gəlib. «Reuters» xəbər verir ki, o, Braziliyanın tarixində ilk qadın prezidentdir.
Bülletenlərin 94%-nin sayılmasından sonra məlum olub ki, Russeff 55,5% səs toplayıb. Onun rəqibi olan sosial-demokrat Joze Syerraya isə 44,5% seçici səs verib. Yeni prezidentin inauqurasiyası yanvarın 1-də keçiriləcək. /milli.az/
Comment