0
Saturday 13 December 2014 - 16:11

“Obama ABŞ hərbi büdcəsi üzərində nəzarəti itirir”

Story Code : 425382
“Obama ABŞ hərbi büdcəsi üzərində nəzarəti itirir”
ABŞ Silahlı Qüvvələrinin Ali Hərbi Komandanlığı müxtəlif komitələrin koməkliyi ilə Pentaqon və Prezident Administrasyasının “başı üstündən” büdcənin məxaric hissəsini artırmağa nail olur.   
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, 2015-ci maliyyə ilinin yekun büdcə layihəsinə ABŞ ali hərbi rəhbərliyinin tələbilə çoxlu sayda silah alınmasına pul ayrılmasını da nəzərdə turur. Qeyd edək ki, bu məsələ bilavasitə Pentaqonla məsləhətləşdirilməyib. Nəticədə hərbi büdcənin xərcləri 3 milyard dollara çatıb. 
“Bu faktlar göstərir ki, ABŞ SQ-nin əvvəlki kimi özünün büdcəyə düzəliş layihələrini ABŞ Prezidenti Afministrasiyasından yan keçməklə effektiv şəkildə həyata keçirmək imkanı var. Bu, birinci dəfə deyil”, - bu fikri hərbi büdcə məsələləri üzrə ekspert Todd Harrison səsləndirib. 
Comment