0
Tuesday 2 November 2010 - 06:59

Tükiyədə sərhədlərin mühafizəsi DİN-ə verilir

Story Code : 42539
Tükiyədə sərhədlərin mühafizəsi DİN-ə verilir
Tükiyədə sərhədlərin mühafizəsi DİN-ə verilir
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, hazırda hökumətin hazırladığı və rəy alınması üçün Baş Qərargaha göndərilmiş «Sərhəd Mühafizəsi Baş İdarəsi və Vəzifələri haqqında» qanunda bu məsələlər əksini tapıb.
Qanunda Sahil Mühafizəsi Komandanlığının ləğv edilməsi, komandanlığa aid şəxsi heyətin, inventarın və texnikanın Daxili İşlər Nazirliyinin nəzdində yaradılacaq Sərhəd Mühafizəsi Baş İdarəsinə verilməsi nəzərdə tutulur. Sənəd təsdiq edilərsə, Türkiyə Sərhəd Mühafizəsinə sərhədlər xaricində əməliyyatları idarə etmək üçün ağır silahlar götürmək və telefon dinləmələrinə məhkəmə qərarı olmadan başlamaq səlahiyyəti veriləcək.
Qanuna əsasən, jandarma sərhədləri Sərhəd Mühafizəsinə müəyyən mərhələlərlə təhvil verəcək. Belə ki, Sərhəd Mühafizəsi Yunanıstan və Bolqarıstanla sərhədi 2015, Gürcüstan, Ermənistan və Azərbaycanla sərhədi 2017, Suriya ilə sərhədi isə 2018-ci ilə qədər təhvil alacaq. İran və İraq sərhədlərinin təhvil alınmasının müddəti isə bundan sonra hökumət tərəfindən təyin olunacaq.
Comment