QR CodeQR Code

İranın Xəzər məsələləri üzrə nümayəndəsi Bakıdadır

2 Nov 2010 08:02

IslamTimes - İran İslam Respublikası xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin çərşənbə axşamı Bakıya səfəri başlayıb.


Səfərin məqsədi xarici işlər nazirlərinin Xəzər məsələləri üzrə müavinlərinin IV iclasında iştirak etməkdir.
Axundzadə Heydər Əliyev Hava Limanında jurnalistlərə bildirib ki, keçiriləcək iclasda təhlükəsizlik məsələləri müzakirə olunacaq və Xəzəryanı dövlətlərin prezidentlərinin zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.
Xəzəryanı dövlətlərin zirvə görüşü noyabrın 18-də Bakıda keçiriləcək.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb. /Trend/


Story Code: 42542

News Link :
https://www.islamtimes.org/az/news/42542/iranın-xəzər-məsələləri-üzrə-nümayəndəsi-bakıdadır

Islam Times
  https://www.islamtimes.org