0
Sunday 14 December 2014 - 10:49

Poroşenko: “Ukrayna nüvə ölkəsi statusunu bərpa etməyəcək”

Story Code : 425514
Poroşenko: “Ukrayna nüvə ölkəsi statusunu bərpa etməyəcək”
APA-nın məlumatına görə, bu barədə Avstraliyanın ABC telekanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Bu, çox məsuliyyətsiz addım olardı. İnanın mənə, müasir zəmanədə müdafiə potensialının gücləndirilməsi, heç də nüvə potensialının gücləndirilməsi demək deyil. Bu, 20-ci əsrin texnologiyasıdır”, - deyə prezident bildirib.
P. Poroşenko xatırladıb ki, onun ölkəsi başqa dövlətlərin təhlükəsizliyini təminatına görə, könüllü olaraq nüvə silahının əldə olunmasından imtina edib.
Comment