QR CodeQR Code

Türkiyədən ABŞ və AB ilə bağlı şok sözlər!

14 Dec 2014 10:57

IslamTimes - "Putinin səfərindən dərhal sonra Vaşinqton və Brüsseldən çox saylı zənglər olub"


Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri Amerika Birləşmiş Ştatları və Avropa Birliyini narahat edib.
ANS TV-nin məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlamasında bildirib.
Nazir bu fikirlərində əsasız deyil! Nazir deyib ki, səfərdən dərhal sonra Vaşinqton və Brüsseldən çox saylı zənglər olub. ABŞ və Avropa Birliyi Ankaradakı sövdələşmələrin mahiyyətini öyrənmək istəyiblər. Ankaranın cavabi isə belə olub:
“Türkiyə bir ay öncə ABŞ-la bir razılıq əldə etmişdir. Bu bizim başqa ölkələrlə iş əlaqələri qurmamaq anlamına gəlmir.Türkiyə AB ilə, Azərbaycan, Rusiya, Türkmənistanla, İranla və bütün ölkələrlə iş birliyi qurmaq iqtidarındadır“.


Story Code: 425515

News Link :
https://www.islamtimes.org/az/news/425515/türkiyədən-abş-və-ab-ilə-bağlı-şok-sözlər

Islam Times
  https://www.islamtimes.org