QR CodeQR Code

Fransız siyasətçi: “MKİ-yə görə NATO-dan çıxmaq lazımdır”

14 Dec 2014 11:17

IslamTimes - Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncələr tətbiq etməsi haqqında hesabatı Fransaya NATO-dan çıxmaq üçün imkan yaradır.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransanın Milli Cəbhə Partiyasının lideri Marin Le Pen çıxış edib. O bu barədə fikirlərini “Avropa-1” radiosunun efirində səsləndirib.
Qeyd edək ki, ABŞ-ın Kəşfiyyat üzrə Senat Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin Prezident Buş dövründə müsəlman məhbuslara qarşı törətdiyi işgəncələrlə bağlı hesabat yaymışdı. Hesabatda müsəlman məhbusların əksəriyyətinin haqsız yerə ağlasığmaz işgəncələrə məruz qaldığı bildirilmişdi.


Story Code: 425517

News Link :
https://www.islamtimes.org/az/news/425517/fransız-siyasətçi-mki-yə-görə-nato-dan-çıxmaq-lazımdır

Islam Times
  https://www.islamtimes.org