QR CodeQR Code

Şok: İsrail İrana 100 milyon dollar ödəyəcək

14 Dec 2014 15:39

IslamTimes - İsveçrə Arbitraj Məhkəməsi İsrailin “Eylat Aşkelon” şirkətini cərimələyib.


Axar.az xəbər verir ki, qərar 20 illik məhkəmə prosesi nəticəsində verilib. Məhkəmənin qərarına görə, İsrail şirkəti İrana 100 milyon dollar dəyərində təzminat ödəyəcək.
“Eylat Aşkelon” şirkəti 800 min tonluq neftin pulunu İrana ödəməməkdə günahlandırılırdı.
Qeyd edək ki, "Eylat-Aşkelon" boru kəməri şirkəti İsrail və İran hökumətləri tərəfindən yaradılıb. 1968-ci ildə İranın şah dövründə İsrail şirkəti ilə ticarət razılaşması bağlanıb. Lakin 1979-cu il İran inqilabından sonra münasibətlər dəyişib və İran şirkətdən imtina edib.


Story Code: 425598

News Link :
https://www.islamtimes.org/az/news/425598/şok-israil-irana-100-milyon-dollar-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org