0
Sunday 14 December 2014 - 18:30

Angela Merkel: “Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq etməyə ümid edir”

Story Code : 425605
Angela Merkel: “Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq etməyə ümid edir”
APA-nın “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.
“Ukrayna, Gürcüstan və Moldova ilə imzalanması nəzərdə tutulan Assosiativ Sazişlər Rusiyaya qarşı yönəlməyib”, - deyə A. Merkel qeyd edib.
Bununla yanaşı, kansler Ukrayna münaqişəsinin diplomatik yol ilə həll olunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Almaniya Rusiya ilə sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıdır.
Comment