0
Monday 15 December 2014 - 15:03

Ankaradan sərt ittiham

Story Code : 425808
Ankaradan sərt ittiham
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanda yaşayan türklərin hüquqlarının pozulduğuna görə Afinanı sərt ittiham edib.
ANS PRESS-in məlumatına görə, o, Yunanıstanın şərqindəki Komotini şəhərində türk icmasının nümayəndələri ilə görüşdə bu ölkəni türklərin hüquqlarını qorumağa çağırıb, Qərbi Frakidə türk, Türkiyədə isə yunan icmasını iki ölkə arasında "dünyəvi körpü" adlandırıb: "Biz ərazimizdə yaşayan yunanların hüquqlarına hörmətlə yanaşır, amma Yunanıstan sanki bunun əksini edir. Yunanıstan neçə illərdir beynəlxalq məhkəmənin qərarını yerinə yetirmir. İnsanların özünü türk adlandırmasına heç kim qadağa qoya bilməz. Bu, beynəlxalq hüquqa ziddir."
Onun sözlərinə görə, ölkələr arasında siyasi fikir ayrılıqları ola bilər, amma insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları mütləq yerinə yetirilməlidir. İki ölkə arasında mübahisəli məsələlərin, həmçinin Kipr probleminin həlli üzrə Yunanıstanı "səmimi dialoqa" çağırırıq.
Xatırladaq ki, Avropa Şurasının Nazirlər Komitəsi Yunanıstana Qərbi Frakidə türk icmasının vəziyyəti ilə bağlı 2007-ci ilin iyununda insan hüquqları üzrə Avropa Məhkəməsinin qətnaməsinin yerinə yetirilməməsi üçün təkrar xəbərdarlıq edib.
Comment