QR CodeQR Code

BŞBPİ-nin yüksək rütbəli 9 əməkdaşı işdən çıxarılıb

16 Dec 2014 09:53

IslamTimes - Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin yüksək rütbəli əməkdşlarının işdən çıxarılması ilə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.
İşdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.
Qeyd edək ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.


Story Code: 425972

News Link :
https://www.islamtimes.org/az/news/425972/bşbpi-nin-yüksək-rütbəli-9-əməkdaşı-işdən-çıxarılıb

Islam Times
  https://www.islamtimes.org