0
Tuesday 16 December 2014 - 12:40

“Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini tanımayacaq”

Story Code : 425994
“Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini tanımayacaq”
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.
“Biz Krım problemini müzakirə etdik. Avropa İttifaqı təsdiq edir ki, Krımın Rusiyanın tərkibinə daxil olmasını heç vaxt tanımayacaq”, deyə F.Mogerini bildirib.
Bundan əvvəl Avropa İttifaqı Krıma qarşı yeni sanksiyaların tətbiq edilməsini razılaşdırıb. Sanksiyaların genişləndirilməsi Avropa şirkətlərini yarımadada turizm biznesi ilə məşğul olmaq  imkanından məhrum edə bilər. 
Comment