QR CodeQR Code

"Taliban" silahlıları Pakistanda hərbi məktəbə hücum ediblər

16 Dec 2014 16:54

IslamTimes - “Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.


APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölənlər arasında kursantlar, müəllimlər və təhlükəsizlik xidmətinin əməkdaşları var.
Taliblərin hücumu zamanı həmçinin 100-dən çox adamın yaralandığı bildirilir.
Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda məktəb binasının yanında polislərlə taliblər arasında atışma gedir. 


Story Code: 426066

News Link :
https://www.islamtimes.org/az/news/426066/taliban-silahlıları-pakistanda-hərbi-məktəbə-hücum-ediblər

Islam Times
  https://www.islamtimes.org