QR CodeQR Code

Türkiyəyə AŞ-da daha bir önəmli vəzifə

2 Nov 2010 13:25

IslamTimes - Noyabrın 10-dan etibarən Türkiyə AŞ Nazirlər Komitəsinə rəhbərlik edəcək


Türkiyə Avropa Şurasında daha bir mühüm vəzifəni öz üzərinə götürməyə hazırlaşır.
12 sentyabr 1980-ci il çevrilişindən sonra üzvlüyü təxirə salınan Türkiyə noyabrın 10-dan etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.
Bu, Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Mövlud Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsindən sonra Türkiyənin Avropa Şurasında əldə edəcəyi ikinci önəmli vəzifədir.
Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə 6 ay sədrlik edəcək.
Bu müddət ərzində Türkiyə Avropa Şurasının dəyişən şərtlərə uyğunlaşması, Avropa İnsan Haqları Məhkəməsində islahatlar, müstəqil nəzarət mexanizmlərinin hərəkətə keçirilməsi, Avropa Birliyinin Avropa İnsan Haqları Konvensiyasına tərəf olması və Avropada tolerantlıq üçün çalışacaq.
Nazirlər Komitəsinin vəzifələri arasında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tətbiq edilib edilmədiyini dəyərdləndirmək də var.
Xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin bu vəzifəni almasının Türkiyənin demokratiyada nail olduğu səviyyənin göstəricisi olduğunu deyib. Davudoğlu Türkiyənin həm parlamentə, həm də Nazirlər Komitəsinə rəhbərlik etməsini tarixi hadisə kimi dəyərləndirib. /trt/


Story Code: 42610

News Link :
https://www.islamtimes.org/az/news/42610/türkiyəyə-aş-da-daha-bir-önəmli-vəzifə

Islam Times
  https://www.islamtimes.org