QR CodeQR Code

Putin Merkel, Olland və Poroşenko ilə Ukraynadakı vəziyyəti müzakirə edib

17 Dec 2014 11:39

IslamTimes - Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko telefon danışığı zamanı Donbasda davamlı atəşkəsin təmin edilməsinin vacibliyini qeyd ediblər.


APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.  
“Ukraynadakı böhran vəziyyətinin müzakirəsi davam etdirilib. Donbasda davamlı atəşkəsin təmin edilməsinin vacibliyi qeyd edilib”, deyə məlumatda bildirilir.  
Təmas qrupunun tezliklə toplantısının keçirilməsinin vacibliyi, prioritet vəzifələr sırasında əsirlərin mübadiləsi və ağır silahların təmas xəttindən geri çəkilməsi qeyd olunub.
Zərər çəkmiş bölgələrin iqtisadi bərpası, əhaliyə humanitar və sosial yardımların göstərilməsinə dair məsələlər nəzərdən keçirilib.
Yaxın gələcəkdə telefon əlaqəsi vasitəsilə təmasların davam etdirilməsinə dair razılıq əldə olunur.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün  “France 24” telekanalına müsahibəsinə bildirib ki,  hazırda Ukrayna üçün ən yaxşı şans Pyotr Poroşenkodur.


Story Code: 426231

News Link :
https://www.islamtimes.org/az/news/426231/putin-merkel-olland-və-poroşenko-ilə-ukraynadakı-vəziyyəti-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org