0
Wednesday 17 December 2014 - 11:39

Putin Merkel, Olland və Poroşenko ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Story Code : 426231
Putin Merkel, Olland və Poroşenko ilə Ukraynadakı vəziyyəti müzakirə edib
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.  
“Ukraynadakı böhran vəziyyətinin müzakirəsi davam etdirilib. Donbasda davamlı atəşkəsin təmin edilməsinin vacibliyi qeyd edilib”, deyə məlumatda bildirilir.  
Təmas qrupunun tezliklə toplantısının keçirilməsinin vacibliyi, prioritet vəzifələr sırasında əsirlərin mübadiləsi və ağır silahların təmas xəttindən geri çəkilməsi qeyd olunub.
Zərər çəkmiş bölgələrin iqtisadi bərpası, əhaliyə humanitar və sosial yardımların göstərilməsinə dair məsələlər nəzərdən keçirilib.
Yaxın gələcəkdə telefon əlaqəsi vasitəsilə təmasların davam etdirilməsinə dair razılıq əldə olunur.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün  “France 24” telekanalına müsahibəsinə bildirib ki,  hazırda Ukrayna üçün ən yaxşı şans Pyotr Poroşenkodur.
Comment