QR CodeQR Code

Yəməndə partlayışlar nəticəsində 40 nəfər həlak oldu

17 Dec 2014 12:58

IslamTimes - Yəmənin Əl Bayda əyalətinin Radaa şəhərində törədilmiş iki partlayış nəticəsində, son məlumata görə, 20-si uşaq olmaqla 40 nəfər ölüb.


APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  birinci avtomobil üsyançıların nəzarəti altında olan nəzarət-buraxılış məntəqəsinin qarşısında partladılıb. Uşaqlar məhz bu partlayış nəticəsində ölüb. Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir.
İkinci partlayış hakim partiyanın regional bölməsinin sədrinin evi  yaxınlığında törədilib. 
Hələlik partlayışlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Story Code: 426242

News Link :
https://www.islamtimes.org/az/news/426242/yəməndə-partlayışlar-nəticəsində-40-nəfər-həlak-oldu

Islam Times
  https://www.islamtimes.org