QR CodeQR Code

İran XİN: "ABŞ İŞİD-lə mübarizəyə ciddi yanaşmır"

17 Dec 2014 18:44

IslamTimes - İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdüllahiyan mətbuat konfransında bəyan edib ki, ABŞ-ın himayəsi ilə İŞİD terror qruplaşmasına qarşı yaradılan koalisiya terrorçularla mübarizəyə ciddi yanaşmır.


"Son aylar ərzində biz müşahidə edirik ki, ABŞ-ın tələsik səkildə İŞİD-ə qarşı İraqda mübarizə aparmaq üçün koalisiya yaradıb. Lakin, ABŞ-ın atdığı addımlar göstərir ki, bu ölkə İŞİD-ə qarşı mübarizəyə ciddi yanaşmır. İraqda İŞİD-lə mübarizdə bütün qələbələr İraq ordusunun sayəsində ələ olunub, - deyə o, bildirib.
Xatırladaq ki, bu ilin yay aylarında İŞİD terror qruplaşması İraq və Suriyanın zəbt etdiyi ərazilərində "xilafət" elan edib. İŞİD terrorçularının hücumlar nəticəsində minlərlə mülki vətəndaş həlak olub. /Deyerler/


Story Code: 426353

News Link :
https://www.islamtimes.org/az/news/426353/iran-xin-abş-işid-lə-mübarizəyə-ciddi-yanaşmır

Islam Times
  https://www.islamtimes.org