0
Tuesday 2 November 2010 - 15:32

ABŞ-da iranlı qadına işgəncə verilir

Story Code : 42642
ABŞ-da iranlı qadına işgəncə verilir
ABŞ-da iranlı qadına işgəncə verilir
Çərşənbə axşamı günü Şəhrzad Mirquluxan həbsxana daxilindən PressTV ilə yaratdığı bağlantıda bildirib ki, amerikalılar onu casusluğu vadar etmək üçün həbsxanada ağlagəlməz bir şəraitdə mənəvi və fiziki işgəncələrə məruz qoyurlar.
Xanım Şəhrzad sözlərinin davamında açıqlayıb ki, Amerika daxili orqanları onu işçi səfər bəhanəsi ilə bu ölkəyə gətiriblər. Onlar Şəhrzaddan casus kimi istifadə etmək niyyətində olublar. Bundan əlavə bir neçə müddət öncə Şəhrzaddan ayrılmış ərini tapmaqda həmkarlıq tələb edilir.
Amerika iddia edir ki, Şəhrzadın öncəki həyat yoldaşı Məhəmməd Seyf Avstriyadan İrana gecə görmə cihazları ötürmək niyyətində olub. Bu səbəbdən də Məhəmməd Seyfi ələ keçirə bilməyən Amerika onun keçmiş həyat yoldaşını həbs edərək 5 il müddətinə azadlıqdan məhrum edib.
Şəhrzad bildirib ki, İran dövləti İran əleyhinə casusluqda təqsirləndirilmiş Sara Şordu azad etdikdən sonra Amerikada ona qarşı münasibət daha da pisləşib.
Qeyd edək ki, Şəhrzad 2007-ci ilin dekabr ayında həbs edilib.
Şəhrzadın anası PresTV-yə verdiyi müsahibədə Amerika prezidenti Barak Obamaya müraciətlə bildirib ki, onun qızının heç bir günahı yoxdur və başqasının etdiyi cinayətə görə onun həbs edilməsi heç bir məntiqə sığmır. Bilqeys Rövşən deyib ki, qızım 3 ildir günahsız yerə həbs edilib. Özü də daim işgəncələrə məruz qalır. İran dövləti Amerika vətəndaşı olan məhbuslarla olduqca mülayim davranırdı. Hətta insaniyyət nişanəsi olaraq onların valideynlərini İrana dəvət edərək həbsdə olan övladları ilə görüşdürürlər, amma mənim qızım Amerika həbsxanasında vəhşiliklərlə üzləşir.

Comment