QR CodeQR Code

O nədir ki, London və Parisə olar, Tehrana isə olmaz?

deyerler , 3 Nov 2010 00:42

İslamtimes - Böyük Britaniya və Fransanın yeni nüvə silahı layihəsi var,- "Salamnyus" xəbər verir.


Xəbərə görə, bu ölkələr yeni nüvə silahı istehsal edərək sınaqdan keçirmək barədə razılığa gəliblər. Əldə olunan razılığa görə, Böyük Britaniya silahın hazırlanmasına, Fransa isə onun sınaqdan keçirilməsinə cavabdeh olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Fransa Prezidenti Nikola Sarkozi öz partiyasının parlament fraksiyasının iclasında bildirmişdi ki, Fransanın məxfi orqanları İranın nüvə silahı əldə etməsi ilə bağlı yeni məlumatlar əldə edib. O, əlavə etmişdi ki, İranın nüvə silahına yiyələnməsinə yol vermək olmaz.


Story Code: 42668

News Link :
https://www.islamtimes.org/az/news/42668/o-nədir-ki-london-və-parisə-olar-tehrana-isə-olmaz

Islam Times
  https://www.islamtimes.org