QR CodeQR Code

Medvedev Yaponiyanı qəzəbləndirir

3 Nov 2010 06:36

IslamTimes - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirir ki, prezident Dmitri Medvedev Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın iddia etdiyi adalara ikinci dəfə səfər etməyi planlaşdırır.


APA-nın voanews.com saytına vediyi xəbərə görə, Lavrovun bildirdiyinə görə, Medvedev ona mübahisəli adalara səfər etməyi planlaşdırdığını deyib. Dmitri Medvedev arxipelaqa səfər etmiş ilk Rusiya prezidentidir. Sovet ordusu Kuril adalarını İkinci Dünya müharibəsinin sonunda Yaponiyadan almışdır. Yaponiya adalara özünün Şimal Əraziləri kimi baxır. Yaponiya bildirib ki, Medvedevin Kunaşir adasına səfəri ilə bağlı daha ətraflı məlumat almaq üçün müvəqqəti olaraq Moskvadakı səfirini geri çağırır.


Story Code: 42671

News Link :
https://www.islamtimes.org/az/news/42671/medvedev-yaponiyanı-qəzəbləndirir

Islam Times
  https://www.islamtimes.org