QR CodeQR Code

Bağdad yenidən qana boyandı

3 Nov 2010 06:42

IslamTimes - İraqın paytaxtında baş vermiş bir sıra partlayışlar nəticəsində 35 nəfər həlak olub.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis və həkimlər bildiriblər ki, 80 nəfər yaralanıb.
Avtomobillərdə və yol kənarında yerləşdirilmiş partlayıcı qurğular şəhərin yeddi rayonunda işə salınıb.
Bu partlayışlar əsasən Bağdadın şiə rayonlarında baş verib.
Bağdadda zorakılıq dalğası iki gün öncə yaraqlıların katolik kilsəsinə hücumdan sonra baş qaldırıb. Kilsədəki girovların azad edilməsi əməliyyatı zamanı 50-dən çox insan həlak olmuş və 70 nəfər yaralanmışdı.


Story Code: 42672

News Link :
https://www.islamtimes.org/az/news/42672/bağdad-yenidən-qana-boyandı

Islam Times
  https://www.islamtimes.org