0
Friday 19 December 2014 - 13:29

Yəməndə iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb

Story Code : 426742
Yəməndə iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb
APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, iki avtomobil terrorçu-kamikadzelər tərəfindən Husi hərəkatının  Xodeyda liman şəhərindəki mənzil-qərargahının yaxınlığında partladılıb.
Partlayışdan dərhal sonra üzərilərində partlayıcı qurğu olan bir neçə terrorçu-kamikadze husilərin mənzil-qərargahına soxulmağa cəhd edib. Lakin, hücum edən şəxslər husilər tərəfindən məhv edilib.
Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” ilə əlaqəli “Ənsar əş-Şəriə” terror qruplaşması öz üzərinə götürüb.
Comment