QR CodeQR Code

“Putin Avropanı bölməyə çalışır”

19 Dec 2014 14:56

IslamTimes - Polşanın baş naziri Eva Kopaç Rusiya prezidenti Vladimir Putinin Avropanı bölməyə çalışdığını iddia edib.


APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Polşa radiosu” məlumat yayıb.
Kopaç qeyd edib ki, Putin “Ukraynadakı münaqişə Qərb dövlətlərinin günahı ucbatından baş verib” kimi bəyanatları ilə Avropa İttifaqını bölmək niyyətindədir.
“Biz bu Avropa Şurasında bir suala cavab verməliyik – Ukraynadakı vəziyyətə və Rusiya barəsində sanksiyalara dair Avropanın mövqeyi birdirmi?  Düşünürəm ki, sanksiya məsələsinə   dair bizim vahid mövqeyimiz var”, deyə Kopaç bildirib.


Story Code: 426756

News Link :
https://www.islamtimes.org/az/news/426756/putin-avropanı-bölməyə-çalışır

Islam Times
  https://www.islamtimes.org