QR CodeQR Code

ABŞ da insan haqlarından dəm vurdu

3 Nov 2010 07:26

IslamTimes - ABŞ-ın dövlət katibi Hillari Klinton insan alverinə son qoymağa çağırır


"Amerikanın hər yerində ibtidai sinif şagirdlərinə öyrədirlər ki, köləliyə 19-cu əsrdə son qoyulub. Lakin bədbəxtlikdən, təxminən 150 il sonra qlobal xəstəliyə son qoymaq üçün mübarizə sona çatmaqdan hələ də çox uzaqdadır. Bu gün bu, başqa bir forma alır və biz bunu digər adla çağırırıq - "insan alveri". Lakin bu, Birləşmiş Ştatlarda və dünyada əsas insan ləyaqətini hələ də təhqir etməkdədir", - çərşənbə axşamı dövlət katibinin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yayılmış məqaləsində deyilir.
Klinton deyib: "Rəqəmlər adətən fərqlənir, lakin görünür ki, təxminən 12 milyonla 27 milyon arasında insan dünyada repressiyadan əziyyət çəkir… Kişi, qadın və uşaqlar qaçmaqla yaxa qurtarmaq istədikdə onları zorakılıqla və ya həbslə hədələyən qəddar rəislər tərəfindən fahişəliklə məşğul olmağa, sahələrdə və fabriklərdə işləməyə məcbur edilir. Bu ilin əvvəlində ABŞ-ın tarixində ən ciddi insan alveri üzrə cinayət işi hesab olunan Havayda fəaliyyət göstərən altı "işəgötürən" qeydə alınıb. Onlar 400 taylandlını pasportlarını müsadirə etməklə və deportasiya ilə hədələməklə ferma işində məcburi əməyə cəlb ediblər"


Story Code: 42676

News Link :
https://www.islamtimes.org/az/news/42676/abş-da-insan-haqlarından-dəm-vurdu

Islam Times
  https://www.islamtimes.org