0
Friday 19 December 2014 - 22:40

Mövsüm Səmədovun səhhəti pisləşib

Story Code : 426861
Mövsüm Səmədovun səhhəti pisləşib
Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov dekabrın 18-də “Media forum”a deyib ki, məhbusun həyat yoldaşı Mehparə Səmədova çox çətinliklə görüş ala bilib: “Onu uzun müddət gözlədib bir saat dəmir barmaqlıqlar arasından görüş verilib. Xanımı Mövsüm Səmədovun səhhətinin yaxşı olmadığını, ürək ağrılarının şiddətli hal aldığını bildirir. Qapalı rejim səhhətinə daha kəskin təsir edib. Vəkilinə müraciət etmişik ki, Mövsümün müalicə müəssisəsinə köçürülməsi üçün zəruri addım atsın”.

Elçin Manafov deyib ki, məhbus lideri əvvəlki yerindən dustaqlar arasında olan nüfuzuna görə uzaqlaşdırıblar: “Ümumiyyətlə, son vaxtlar bir neçə məşhur islamçını Qobustana göndəriblər. Səbəb onlara saxlandıqları yerdə böyük hörmət bəslənməsi, arxalarında sözlərini eşidəcək çoxlu sayda məhbusun dayanması olub. Buna görə təcrid olunublar”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Source : Faktxeber
Comment