QR CodeQR Code

BMT Təhlükəsizlik Şurası terrorçuluğun maliyyələşdirilməsini aradan qaldırmağa çağırıb

20 Dec 2014 16:40

IslamTimes - Dünyada terror transmilli cinayətkar fəaliyyətdən əldə edilən gəlirlər, o cümlədən narkotik alveri və təbii sərvətlərin qanunsuz istismarı sayəsində inkişaf edir.


APA-nın "RBK"-ya istinadən məlumatına görə, bu barədə BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman bildirib.
Onun sözlərinə görə, "Boko Haram", "Əl-Qaidə", "Taliban" və “İŞİD” kimi qruplaşmaların fəaliyyəti terrorizmlə transmilli cinayətkarlıq arasında açıq-aşkar əlaqənin olduğunu göstərir.
Dekabrın 19-da BMT Təhlükəsizlik Şurasının üzvləri sərhədlər boyunca terrorçuların  hərəkətlərinin qarşısının alınması və terror aktlarının maliyyələşdirilməsinin aradan qaldırılması ilə bağlı qətnamə qəbul ediblər.


Story Code: 427016

News Link :
https://www.islamtimes.org/az/news/427016/bmt-təhlükəsizlik-şurası-terrorçuluğun-maliyyələşdirilməsini-aradan-qaldırmağa-çağırıb

Islam Times
  https://www.islamtimes.org