QR CodeQR Code

Kastro: “ABŞ fantaziya əsirliyindədir”

20 Dec 2014 21:17

IslamTimes - ABŞ ilə əlaqələrin yaxşılaşdırılması ölkəyə kapitalizmi qaytarmayacaq.


Axar.az xəbər verir ki, bunu Kubanın hazırkı liderinin qızı Mariela Kastro söyləyib.
O, ABŞ-ın fantaziya əsirliyində olduğunu bildirib:
“ABŞ-la Kuba arasında əlaqələrin yaxşılaşdırılması adanın yenidən kapitalizm sisteminə geri dönəcəyi demək deyil. Əgər ABŞ Kubanın güclü iqtisadi qrupların hegemon maraqlarına xidmət edəcəyini düşünürsə, onlar fantaziya əsirliyindədirlər”.
Qeyd edək ki, çərşənbə günü Ağ Ev Kubayla 1961-ci ildə qırılan diplomatik əlaqələrin bərpası üçün münasibətlərin yaxşılaşdırılmasına dair tarixi təşəbbüs elan edib. 


Story Code: 427066

News Link :
https://www.islamtimes.org/az/news/427066/kastro-abş-fantaziya-əsirliyindədir

Islam Times
  https://www.islamtimes.org