0
Sunday 21 December 2014 - 12:06

Qərbli ekspert: “Bu, Avropanın ən axmaq addımıdır”

Story Code : 427147
Qərbli ekspert: “Bu, Avropanın ən axmaq addımıdır”
Axar.az xəbər verir ki, bu açıqlama ilə “Global Political Insight” tədqiqat mərkəzinin politoloqu Aleksandr Klekson çıxış edib.
O, Moskvadakı qeyri-stabilliyin Brüsselin xeyrinə olmadığını bildirib:
“Zəifləmiş rus iqtisadiyyatı Avropa üçün neqativ nəticələrə gətirib çıxaracaq. Müharibə ilə əlaqədar sanksiyaların tətbiqi Almaniyanın məxaricinin həcmini azaldaraq Avropa Birliyindəki iş iqlimini pisləşdirib. Burada yenə də deflyasiya riski yaranıb. Avrozona ölkələrinin inkşafı bu ilin ikinci rübündən yerində sayır. Rusiya iqtisadiyyatının zəifləməsi Avropa Birliyinə tam mənada pis təsir edəcək”.
Comment