0
Sunday 21 December 2014 - 22:44

Venesuela ABŞ-Kuba yaxınlaşmasından narahatdır

Story Code : 427312
Venesuela ABŞ-Kuba yaxınlaşmasından narahatdır
“Agence France-Presse” bildirir ki, Venesuelanın müdafiə naziri Vladimir Padrino bazar günü verdiyi bəyanatda belə deyib.

Agentlik qeyd edir ki, ABŞ prezidenti Barak Obama cümə axşamı imzaladığı qərarla Venesuelaya yeni sanksiyaların tətbiq edilməsinə “yaşıl işiq yandırıb”. Prezident Obama bildirib ki, Venesuela rejimi hökumətə etiraz edən insanlara qarşı zoraklıqlardan istifadə edir və onların haqlarını pozur.

Artıq Amerika Venesuelanın bir çox rəsmi şəxslərinə viza verməkdən imtina edib. Adı etirazçılara qarşı zorakılıqda hallananların Amerikaya girişinə qadağa qoyulub.

Amerikanın mövqeyinə görə, Venesuelada fevral ayı ilə may ayı arasında keçirilən mitinqlərdə yüzlərlə siyasi fəal həbs olunub, 43 nəfər etirazçı isə öldürülüb.

Venesuela prezidenti də öz növbəsində Barak Obamanı qaradərililərin haqlarının müdafiəsindən kənarda qalmaqda ittiham edib və bildirib ki, Barak Obama prezident olduqdan sonra Amerikada qaradərililərin problemləri daha da çoxalıb.

Venesuela prezidenti öz “Twitter” hesabında bu sanksiyaları yanlış addım kimi dəyərləndirib. Kubanın 50 ilə yaxın Amerika tərəfindən izolyasiyada saxlanılmasına diqqət çəkən prezident bildirib ki, artıq ABŞ-la Kuba anlaşmağa, yaxınlaşmağa başlayıb. O, bunun Venesuela üçün təhlükəli ola biləcəyini qeyd edib.

Agentlik xatırladır ki, Venezuela prezidenti Hugo Chavez 1999-cu ildə iqtidara gəldikdən sonra Karakasla Vaşinqton arasında münasibətlər gərginləşib. 2010-cu ildə isə hər iki ölkə öz səfirlini geri çağırıb.

Buna baxmayaraq, ABŞ hələ də Venesuela neftinin əsas alıcısıdır.
Source : Musavat
Comment