QR CodeQR Code

Barrozu: “Rusiyanı Çin əvəz edəcək”

22 Dec 2014 11:48

IslamTimes - “Putin uzun illər Ukraynanın Avropa Birliyinə üzvlüyünə razı olub”.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Avrokomissiyanın keçmiş sədri Joze Manuel Barrozu çıxış edib.
O, Rusiyanın son beş il ərzində Ukrayna ilə aparılan bütün danışıqlardan xəbərdar edildiyini bildirib:
“Putin 2012-ci ilə qədər Ukraynanın Avropa Birliyinə üzvlüyünə etiraz etmirdi. 2012-ci il seçkilərindən sonra Putin dəyişdi. Kiyev üçün qapılar hər zaman açıqdır, amma bilin ki, Ukrayna yaxın müddətdə Avropa Birliyinin üzvü olmayacaq. Rusiya artıq regional güc deyil. Onun yerini Çin tutacaq və o, Moskvadan daha çox təsir imkanlarına malik olacaq”.


Story Code: 427385

News Link :
https://www.islamtimes.org/az/news/427385/barrozu-rusiyanı-çin-əvəz-edəcək

Islam Times
  https://www.islamtimes.org