0
Monday 22 December 2014 - 20:58

Con Makkeyndən şok açıqlamalar

Story Code : 427510
Con Makkeyndən şok açıqlamalar
APA-nın məlumatına görə, bunu ABŞ senatoru Con Makkeyn CNN-ə müsahibəsində deyib.
“Biz Vladimir Putinin iqtisadiyyatına təsir edən amillərə görə, konkret olaraq neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür etməliyik. Bunun ABŞ prezidentinin atdığı addımlarla heç bir əlaqəsi yoxdur", - deyə o vurğulayıb.
ABŞ senatoru ölkəsinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effekt vermədiyini də qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı neftin yenidən bahalaşacağı ilə bağlı açıqlama vermişdi. Səudiyyə Ərəbistanın Energetika naziri Əli Əl Naimi neftin qiymətinin düşməsinə əsas səbəb kimi OPEK-ə daxil olmayan neft istehsalçısı ölkələr arasında qarşılıqlı anlaşılmazlığı göstərib.
Comment