0
Tuesday 23 December 2014 - 15:00

İran prezidenti Livana kömək edəcək

Story Code : 427618
İran prezidenti Livana kömək edəcək
Bir qədər əvvəl Laricani Suriyada prezident Bəşər Əsədlə görüşmüş, tərəflər regionda baş verən siyasi-iqtisadi hadisələri müzakirə etmişdilər. Livanda baş tutan görüşdə də Yaxın Şərq hadisələri əsas müzakirə mövzusu olub. Laricani Livanda yeni prezidentin seçkilməsində hökumətə dəstək olacağını deyib.
May ayından bəri Livanda prezident kürsüsü boş qalıb.
Laricani çıxışı zamanı qeyd edib ki, Yaxın Şərqdə cərəyan edən zorakılıqlar fonunda diqqətlər, əsasən, sionist rejimə qarşı mübarizəyə yönəlməlidir.
“İnanıram ki, belə bir zamanda iki şeyə diqqət etmək lazımdır: Birincisi israil rejiminə qarşı, ikincisi isə, regionu bürüyən ekstrimizm və terrorizmə dalğasına qarşı mübarizə. Livan həmişə sionist rejiminə qarşı mübarizə aparıb və buna görə ona mükafat düşür. Livan ordusu ekstrimçilərə qarşı mübarizədə bütün vasitələrdən istifadə etməlidir”.
Laricanin daha sonra İraqa səfəri gözlənilir. İran hökuməti region ölkələri ilə münasibətlərini möhkəmləndirməyə çalışır. /ANSpress/
Comment