0
Wednesday 24 December 2014 - 01:50

ABŞ Misirə "Apaçi" döyüş helikopterlərini ixrac etdi

Story Code : 427762
ABŞ Misirə "Apaçi" döyüş helikopterlərini ixrac etdi
Bu barədə məlumatı Yaxın Şərq KİV-ləri yayıb.
Verilən məlumata görə, Misir bu helikopterlərin vasitəsi ilə yaraqlılarla mübarizə aparacaq.
Qeyd edək ki, yanvar ayında ABŞ hökumətindən bildirilmişdi ki, Misirdə hərbi çevriliş baş verdiyinə görə, rəsmi Vaşinqton Qahirəyə sözügedən helikopterləri ixrac etməyəcək. Lakin, yanvardan 5 ay keçəndən sonra Pentaqondan bildiriblər ki, terrorla mübarizə çərçivəsində Misirə "Apaçi" helikopterləri ixrac olunacaq.
Onu da qeyd edək ki, ABŞ İraqla imzaladığı saziş çərçivəsində F-16 qırıcılarını rəsmi Bağdadda təhvil verməkdən imtina etdi.
İraq bu qırıcılar vasitəsi ilə İŞİD terror qruplaşmasının bazalarını məhv edərək ölkədə sabitliyi bərqərar etmək istəyir.
İraqın təhlükəsizlik və müdafiə üzrə milli assambleyasının sədri bəyan edib ki, ABŞ saziş çərçivəsində üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək F-16 qırıcılarını və "Apaçi" helikopterlərini İraqa təhvil vermədi.
Comment