QR CodeQR Code

ABŞ-dan həyəcan: “Çin və NATO təhlükədədir”

24 Dec 2014 18:43

IslamTimes - “Şimali Koreya hökuməti hazırda fəal şəkildə plutonium və yüksək zənginləşdirilmiş uranın istehsalını artırır”.


Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun mütəxəssislərinin hesabatında yer alıb.
Ekspertlər 2020-ci ilə kimi Şimali Koreyanın 79 nüvə başlığı yaratmaq üçün nüvə proqramını kifayət qədər genişləndirəcəyini bildiriblər.
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun prezidenti Devid Olbrayt isə belə olacağı təqdirdə Pxenyanın ABŞ, onun mütəffiqləri və Çin üçün ciddi təhlükə yaradacağını bildirərək, bu vəziyyətin qəbuledilməz olduğunu söyləyib.
Qeyd edək ki, Şimali Koreya 2006-cı ildən başlayaraq 3 nüvə testi həyata keçirib.


Story Code: 427903

News Link :
https://www.islamtimes.org/az/news/427903/abş-dan-həyəcan-çin-və-nato-təhlükədədir

Islam Times
  https://www.islamtimes.org