Bakı BMT-nin müqaviləsini imzalamaqdan imtina etdi
Story Code : 427911
Axar.az xəbər verir ki, bu barədə məlumat BMT-nin Tvitter səhifəsində yerləşdirilib.
Məlumatda müqavilənin 50 ölkənin ratifikasiyasından 3 ay sonra qüvvəyə mindiyi deyilib. Hazırda müqaviləni təsdiq edənlərin sayının 60-a çatdığı söylənilib. BMT postsovet məkanından müqaviləni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniyanın təsdiqlədiyini bildirib. Həmçinin konvesiyanı təsdiqləyən ölkələr sırasında 10 ən böyük ixracatçıdan 5-nin də olduğu vurğulanıb. Bunların Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və Almaniya olduğu deyilib.
Qeyd edək ki, bu müqavilə 4 iyun 2013-cü ildə Nyu Yorkda imzalanmışdı. Müqavilə dünyada qanunsuz silah mübadiləsinin qarşısını almaq üçün nəzərdə tutulub. Sənəd həmçinin adi silahların ixracatında yeni standartları müəyyənləşdirir.