QR CodeQR Code

Putin gəmiləri ABŞ-a göndərir

26 Dec 2014 11:25

IslamTimes - "Latın Amerikasında hərbi məntəqələrimizi genişləndirəcəyik"


Rusiya Kuba, Venesuela və Nikaraqua ilə hərbi-texniki sahədə əməkdaşlığını daha da genişləndirəcək.
ANS PRESS-in məlumatına görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.
O, bildirib ki, Rusiya heç bir təzyiqə boyun əymədən Latın Amerikası ölkələrində hərbi məntəqələrini genişləndirməyə davam edəcək.
"Biz istəyirik ki, hərbi gəmilərimiz Latın Amerikası ölkələrinin limanlarında yan alsın, bu ölkələrin aerodromlarından geniş istifadə edək. Hazırda bu barədə tərəfdaşlarımızla danışıqlar aparırıq", deyə Antonov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya baş nazirinin müavinİ Dmitri Roqozin açıqlama vermişdi ki, hazırda dünyada texnika və hərbi sənaye çox dəyişilib və Rusiyanın bu ölkələrlə yaxından hərbi əməkdaşlığı təhlükəlidir.


Story Code: 428027

News Link :
https://www.islamtimes.org/az/news/428027/putin-gəmiləri-abş-a-göndərir

Islam Times
  https://www.islamtimes.org