0
Thursday 4 November 2010 - 06:46

Rusiya erməni deputatın toxunulmazlığını ləğv edib

Story Code : 42812
Rusiya erməni deputatın toxunulmazlığını ləğv edib
Rusiya erməni deputatın toxunulmazlığını ləğv edib
APA-nın «RİA Novosti»-yə istinadən verdiyi məlumata görə, Rusiya Liberal Demokrat Partiyası təmsilçisinin toxunulmazlığının ləğv olunmasının lehinə 352, əleyhinə 39 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb. Dövlət Dumasının qərarı dərhal qüvvəyə minir və Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilir.
Baş prokurorun müavini Vladimir Malinovski bildirib ki, hüquq-mühafizə orqanları A. Yegiazaryanı hazırda həbs etməyi düşünmür. A. Yegiazaryan hazırda Böyük Britaniyadadır və qayıtmağı düşünmür, çünki həyatına təhlükə hiss edir.
Qeyd edək ki, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dövlət Dumasına müraciət edərək deputat Aşot Yegiazaryana qarşı cinayət işi qaldırılmasına razılıq istəyib. Deputat Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi əsasında qrup tərəfindən törədilən və ya xüsusilə böyük miqdarda edilmiş dələduzluq əməllərində ittiham edilir. Bu maddə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Kommersant” qəzeti Rusiya Federal Mülkiyyət Fondunun keçmiş rəhbərinin müavini Mixail Ananyevin Baş Prokurorluğa müraciət edərək “Avropark” ticarət kompleksinin inşasına və “Moskva” mehmanxanasının rekonstruksiyasına ayrılmış 18 milyon dolların oğurlanmasının araşdırılmasını xahiş etmişdi.
A. Yegiazaryan isə bu ittihamı absurd adlandıraraq özünə və ailəsinə təhlükə olduğu üçün xaricə gedib.
Comment