0
Thursday 4 November 2010 - 07:09

“İran nüvə danışıqlarında heç bir güzəştə getməyəcək”

Story Code : 42814
“İran nüvə danışıqlarında heç bir güzəştə getməyəcək”
“İran nüvə danışıqlarında heç bir güzəştə getməyəcək”
"İranın hüquqlarının tanınması (nüvə işləmələrində) danışıqların əsasını təşkil etməlidir və bu hüquqla bağlı heç bir güzəşt olmayacaq", - Əhmədinejad İranın şimal-şərqində yerləşən Bojnurd şəhərindəki çıxışı zamanı deyib.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, "altılıq" ölkələrini (Böyük Britaniya, Çin, Almaniya, Rusiya və ABŞ) təmsil edən Ketrin Eşton noyabrın 15-də Vyanada danışıqları yeniləməyi təklif edib.
Rəsmi Tehran danışıqların mövzusunu dəqiqləşdirməyin vacibliyini və İranın uranın zənginləşdirilməsi proqramını dayandırmaq tələbləri ilə razılaşmayacağını bildirərək, tarixi nə təkzib, nə də ki təsdiq edib.
"İran heç bir şərtləri qəbul etməyəcək, belə ki, ümumilikdə ölkənin sizə (dünya dövlətləri) qətiyyən ehtiyacı yoxdur", - Əhmədinejad deyib.
Comment