Qüdsün işğal olunmuş şərq bölgəsində həbs olunmuş uşaqların əksəriyyəti 13 yaşdan aşağı olan uşaqlardır. Sionist polisləri bildirmişlər ki, adı gedən bölgədə daş atdıqlarına və digər pozuntulara görə yalnız 40 nəfər həbs olunmuşdur. Lakin insan haqları təşkilatının aldığı şikayətlərə əsasən isə, həbslərin çoxu heç də daş atmaqla və ya digər pozuntularla əlaqədar olmayıb. Uşaqlar evlərinə girərkən, oynadıqları ərazilərdən və hətta evlərindən gecə yarısı saat 3, 4 radələrində oğurlanıblar. “Uşaqlar gecə yarısı birbaşa yataqlarından götürülərək, qandallanaraq valideynlərinin müşayiəti olmadan polis idarələrinə aparılır,”- deyə İsrail rejimi daxilində olan Vətəndaş Hüquqları üzrə Assosiasiya bəyan etmişdir. Mənbədə, həmçinin bildirilir ki, gənc və ya az yaşlılar polis zabitləri tərəfindən hədə qorxu və zorakı üsullarla sorğu-sual edilirlər. /Deyerler/