0
Friday 26 December 2014 - 12:22

Sionist İsrail rejimi Qəzza ilə sərhəddə qüvvələr toplayır

Story Code : 428220
Sionist İsrail rejimi Qəzza ilə sərhəddə qüvvələr toplayır
Bu barədə İsrail rejiminin ordu radiosundan verilən açıqlamada qeyd olunub.
Açıqlamada Dəmir Qübbə hava müdafiə sisteminə aid batareyalar Qəzza ilə sərhəddəki Beer Şeva (Birus-Səba) və Netivot sionist məskunlaşma məntəqələrinə yerləşdirildiyi qeyd olunub.
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sionist İsrail ordusunun açdığı atəş nəticəsində bir üzvünün öldürüldüyünü bildirməsindən sonra bölgədə gərgin bir şərait hökm sürür.
Qeyd edək ki, sionist İsrail əsgərləri dekabrın 24-də Qəzzanın cənubunda yerləşən Xan Yunus məntəqəsində HƏMAS-ın müşahidə məntəqəsinə hücum etmişdilər. Hücum nəticəsində İzzəddin Əl-Qəssam Briqadalarının komandirlərindən olan Təysir əs-Səmir şəhid olmuşdu. Hücumda 2 sionist əsgər də ağır yaralanmışdı. /Deyerler/
Comment