QR CodeQR Code

ABŞ qoşunlarının Əfqanıstandakı missiyası gələn həftə başa çatır

26 Dec 2014 12:39

IslamTimes - Barak Obama: “Qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur”


ABŞ Əfqanıstandakı hərbi missiyasını gələn həftə başa çatdıracaq.
APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama hərbçilərlə görüşündə bildirib.
“Biz 13 ildir fasiləsiz olaraq müharibə vəziyyətindəyik” - deyən prezident qeyd edib ki, Vaşinqton və Nyu-Yorkda baş verən terror aktlarına cavab olaraq 2001-ci ilin oktyabrında Əfqanıstanda başlayan əməliyyat gələn həftə sona çatacaq: “İnanıram ki, amerikanların kampaniyası nəticəsində əfqanların öz ölkələrini bərpa etmək şansı yaranıb, ABŞ-da isə təhlükəsizlik səviyyəsi yüksəlib”.
Bununla belə, B.Obama əlavə edib ki, qarşıda dünyanın bir çox yerlərində, o cümlədən İraqda həyata keçiriləcək mürəkkəb missiyalar durur.
Qeyd edək ki, dekabrın 7-də NATO-nun da Əfqanıstandakı missiyası başa çatıb. Dekabrın ortalarında B.Obama bildirib ki, 2015-ci ildə Əfqanıstan və İraqda 180 min nəfərlik hərbi kontingent 15 min nəfərədək azaldılacaq.


Story Code: 428224

News Link :
https://www.islamtimes.org/az/news/428224/abş-qoşunlarının-əfqanıstandakı-missiyası-gələn-həftə-başa-çatır

Islam Times
  https://www.islamtimes.org