QR CodeQR Code

Putindən hökumətə xəbərdarlıq: “Tətil olmayacaq”

26 Dec 2014 13:11

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin iqtisadi problemləri öhdəsindən gəlmək üçün hökumətin üzərinə böyük yük düşdüyünü deyib.


Axar.az xəbər verir ki, hökumətin böyük məsuliyyət daşıdığını deyən Putin bu il uzun tətillərin olmayacağını açıqlayıb: 
“Qarşıdan Yeni il gəlir. Tətil dövrü kifayət qədər uzundur. Biz böyük təzyiqlərdən qorunmaq üçün tətil etməməliyik. Hökumət belə uzun tətildən qaçmalıdır. Ən azından bu il”.
Bütün qış boyunca elektrik, nəqliyyat və həyati əhəmiyyətə sahib digər strukturlarda problem yaşanmaması üçün ciddi səylərin vacib olduğunu deyən Kreml rəhbəri ümidli danışıb: 
“Bunlar böyük məsuliyyətdir. Bu günə qədər hər cür mürəkkəb problemin öhdəsindən gəldik. Ümid edirəm ki, yaxın gələcəkdə hər şey öz həllini tapacaq”.


Story Code: 428238

News Link :
https://www.islamtimes.org/az/news/428238/putindən-hökumətə-xəbərdarlıq-tətil-olmayacaq

Islam Times
  https://www.islamtimes.org